AQAT təbii daşlar evi ARB Tv-nin simasına jest etdi
AQAT təbii daşlar evi ARB TV-nin siması, tanınmış telejurnalist Sayqa Cahidə sürpriz edib.
Metbuat.az xəbər verir ki, Azərbaycanda ilk və rəqibi olmayan AQAT təbii daşlar evinin budəfəki qonağı peşəkar telejurnalist S.Cahid olub. Telejurnalist bəzi qonaqlardan fərli olaraq, təbii daşların insan orqanizminə faydalarından və onların insana ötürdüyü enerjidən danışdı:
“Təbii daşları sevirəm. Sizinlə danışıram, əlim ametistin üzərindədir. Mən bu daşdan enerji alıram. Yeri gəlmişkən, ametist elə bir daşdır ki, səndə neqativ olduqda onun rəngi tündləşir. Hansısa bir işlə bağlı müqavilə bağladıqda ametisti üzərində götürsən, uğur gətirər. Daşlar haqqında oxumağı sevirəm. Amma daş heykəlləri heç sevmirəm. Donmuş görünürlər. Belə şeylərə diqqət edirəm. Məsələn, evimin divarından tüfəng, xəncər, yaxud müharibə şəkillərinin asılmağını istəmirəm. Həmin əşyalar evin abhavasına təsir edir. Yaxşı olar ki, evdən daş, qum, dəniz, çəmənlik... bu tip şəkillər asılsın. Məni pozitiv saxlayan bu şeylərdi. Ən əsası da təbii daşlar və çaylar. Daşlardan ən çox firuzəni, zümrüdü, akvamarini, bütün rənglərdə əqiqi sevirəm. Ametist isə ruhumu sakitləşdirir. Mirvari taxanda tamam başqa bir aləmdə oluram. Hər bir daşın özünün gücü var. Bu daşları taxdıqca şahidi oluram ki, hərəsi adamı başqa bir dünyaya aparır. Bir şey də deyim, bəlkə kiminsə işinə yarayar. Daşlar neqativi özünə yığdıqda, onların bəzisini suya qoyuram, bəzisini torpaqda basdırıram. Dənizdən çıxanları suya qoyuram. Dağdan çıxan daşları isə dibçəklərimin dibinə basdırıram. Düzdü, həmin mənfi təsir güllərimi soldurur, amma daşlarımı canlandırır. Buna ürəyim ağrıyır, ancaq inanın ki, candan əziz heç nə yoxdur.”